Prezidentin xüsusi nümayəndəliklərinin fəaliyyət istiqamətləri – SİYAHIbackend

Prezidentin xüsusi nümayəndəliklərinin fəaliyyət istiqamətləri - SİYAHI

Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin fəaliyyət istiqamətləri müəyyənləşib.

KONKRET.az xəbər verir ki, bu barədə “Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri haqqında Əsasnamə”də qeyd edilib.

Xüsusi nümayəndəliyin fəaliyyət istiqamətləri aşağıdakılardır:

– Müvafiq ərazinin müəyyən edilmiş hədəflərə uyğun olaraq inkişafını təmin etmək;

– Müvafiq ərazinin perspektiv inkişafı ilə bağlı hədəflərə nail olunması məqsədilə dövlət orqanlarının (qurumlarının), onların yerli bölmələrinin fəaliyyətini əlaqələndirmək;

– Müvafiq ərazidə mülkiyyətin mühafizəsini, dövlət əmlakından səmərəli istifadəni, habelə sahibkarlıq, şəhərsalma, tikinti və digər sahələrdə fəaliyyətin həyata keçirilməsini təşkil etmək;

– Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi digər istiqamətlərdə fəaliyyət göstərmək.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*