“Putin Lukaşenkonu müharibəyə cəlb etmək üçün ciddi CƏHD GÖSTƏRİR” – ƏTRAFLIbackend

"Putin Lukaşenkonu müharibəyə cəlb etmək üçün ciddi CƏHD GÖSTƏRİR" - ƏTRAFLI

“Ukrayna Belarus qoşunlarının hücum ehtimalını istisna etmir və buna qəti cavab verməyə hazırdır”.

KONKRET.az xəbər verir ki, bunu telemarafonun efirində Ukrayna Daxili İşlər nazirinin müşaviri Vadim Denisenko bildirib.

O qeyd edib ki, Belarusun Rusiyanın tərəfində Ukraynaya qarşı müharibədən əl çəkdiyini söyləmək mümkün deyil:

“Belarusun işğala qoşulma ehtimalını istisna etmək mümkün deyil. Putinin Lukaşenkonu hərbi əməliyyatlara cəlb etmək üçün cəhdləri davam edir. Belarus xalqı döyüşmək istəmir, bu da anlaşılandır. Lukaşenko müharibədən yayınmağa çalışır, bu, bizim üçün müsbət haldır, ancaq Belarusun müharibədən əl çəkdiyini söyləmək mümkün deyil. Biz bu hücumu gözləyirik və hazırıq, Volında hazırıq, Jitomirdə də hazırıq. Bütün regionda hazırırq”.

Xatırladaq ki, martın 20-də Ukrayna Müdafiə Nazirliyi bəyan etmişdi ki, Belarus Silahlı Qüvvələrinin Ukrayna ərazisinə birbaşa müdaxilədən əvvəl hazırlıq əlamətləri müşahidə olunur. Eyni zamanda Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bəyan etmişdi ki, Belarus Respublikasının Volın istiqamətində böyük hücum təhlükəsi var. Bu məlumatlardan sonra Belarus Müdafiə Nazirliyi desantlarını Ukrayna sərhədindən geri çəkdiyini açıqlamışdı.

Vəsilə İbrahim,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*