Putinin planı Ermənistanı yeni müharibəyə sürükləyir – Bu dəfə ermənilər bir-birilərini qıracaq – ŞƏRHbackend

Putinin planı Ermənistanı yeni müharibəyə sürükləyir - Bu dəfə ermənilər bir-birilərini qıracaq - ŞƏRH

Rusiyada bir çox politoloqlar hesab edir ki, keçmiş Sovet respublikalarında Rusiyanın nüfuzu sürətlə sıfırın altına yuvarlanıb. Səbəblər çoxdur. Əlbəttə, siyasin ekspertlərə görə, postsovet məkanında “səhv atlara mərc qoyulur” və nəticədə ruslar daha parlaq qərbyönümlü rəqiblərinə uduzurlar.

Ən parlaq nümunə kimi ruslar yekdilliklə Ukraynanı göstərirlər. Çünki burada Putin Rusiyası uzun müddət korrupsiya bataqlığında boğulan yarıquldur, yarıoğru Yanukoviçi dəstəkləyirdi. Nəticəsi bəllidir. Rusiya Ukraynanı birdəfəlik itirdi. Belarusda da eyni vəziyyətdir. Volodya diktator Lukaşenkonun yanındadır. Tixanovskaya kimi ağlı başında olan siyasətçiyə meyl göstərmək Kremlin heç xəyalından da keçmir. Bu gedişlə gec-tez Minsk də Qərbə üz tutacaq və heç slavyan qohumlarına “do svidaniya” deməyə belə macal tapmayacaq.

Tixanovskaya Belarusda şəhər merlərini aksiya təşkil etməyə çağırdı - VİDEO
Svetlana Tixanovskaya

Ermənistanda Qərbyönümlü siyasət artıq iki ildən çoxdur davam edir. Rusiya əlindən gələni edir ki, rusofob Paşinyanı Rusiyapərəst prezidentlə əvəzləmək üçün əlinə düşən şansı dəyərləndirsin. Rəsmi Kremlin başbilənləri hesab edir ki, Paşinyan bir çox erməninin etimadını itirib. Qarabağdakı müharibədə Putin öz diplomatiyası və rus sülhməramlıları ilə bağlı üstünlüklərdən yararlanmağa çalışır və Ermənistanda qərbyönlü qüvvələri tam məhv etmək istəyir. Amma yəqin ki, unutmamış deyil ki, Paşinyan liberal ermənilərin böyük dəstəyini görür. Bu baxımdan Nikolu siyasi səhnədən silib-süpürmək o qədər də asan deyil. Hələ bu amil də unudulmamalıdır ki, Paşinyana güclü rəqib təsiri bağışlayan Koçaryanın nüfuzu həddindən artıq qabardılır. Doğrudur, Robert Koçaryan Paşinyan üçün əsas Rusiyapərəst alternativ adlanır. Ermənilər üçün müsbət tərəfi odur ki, o, təcrübəli bir diplomat və birinci Qarabağ savaşında qələbə qazanan lider kimi xarakterizə edilir.

Ancaq bu gün də istənilən sıravi erməni bilir ki, prezidentliyi dövründə Koçaryan dərin şəkildə korrupsiyaya uğradı. Erməni ordusunu yenidən silahlandırmaq əvəzinə, hərbi büdcəni darmadağın etdi. Qarabağ klanı onun hakimiyyəti illərində hədsiz varlandı, ölkə faktiki qonşuları ilə müqayisədə kasıbçılıq səviyyəsində qaldı.

Bu gün Rusiyaya görə, Ermənistanda üfüqdə üçüncü bir qüvvə görünür. Rus erməni iş adamı Tiqran Arzakançyan və onun rus arvadı Nataliya Rotenberq.

Ruslara və bəzi ermənilərə görə, Koçaryan və Qarabağ klanı kimi adı korrupsiyada hallanmayan məhz bu Rusiyayönlü simalardır ki, ölkənin dadına çata bilər.

Rus təbliğatı artıq çoxdandır öz işinə başlayıb. Tezislər də bəllidir: “Ermənistan Rusiyasız Türkiyə və Azərbaycanın təzyiqlərinin öhdəsindən gələ bilməyəcək. Korrupsioner rejimin yenidən hakimiyyətə gəlməsinə imkan verməmək üçün əla seçim Tiqran Arzakançyandır”.

Ermənilərin sosial şəbəkələrində Arzakançyanı Paşinyanın boğazında ilişib qalan sümüyə bənzədirlər. Buna baxmayaraq, Nikolun trolları ruspərəst siyasətçini gözdən salmaq üçün bütün pəstahlardan çıxırlar.

Təəccüblüdür ki, bir çox rus TG bloqeri də Ermənistan Demokratik Partiyasını və onun lideri Arzakançyanı sərt tənqid edir. Paşinyanın təbliğatı üçün sanki yeni nəfəslik açılıb.

Görünən odur ki, bu ölkədə at izi it izinə qarışıb. Bu isə ölkədə vətəndaş müharibəsinə zəmin yaradan ən qorxulu amillərdən hesab edilir. Bu baxımdan iyunun 20-sini Ermənistanda seçki günü deyil, Məşhər günü adlandırmaq daha doğru olar.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*