Pyer Nartsis: “Tiqran Keosayan “debil”dir”backend

Pyer Nartsis: "Tiqran Keosayan "debil"dir"

NTV-nin aparıcı Tiqran Keosayan bir zamanlar Nərgizin ifasında səslənən “Chocolate Bunny” mahnısından istifadə edərək Barak Obamanı parodiya edib. Keosayanın parodiyası tamaşaçılar tərəfindən birmənalı qarşılanmayıb. Məşhur repçi Pyer Nartsis qəzəblə  “Bu debilizmdir. Bu adamın ağlı yoxdur. Bu adam ağıllı nə isə edə bilmir”, – deyib.

KONKRET.az xəbər verir ki, bu barədə “Moskovskiy komsomolets” məlumat yayıb. Məlumatda deyilir ki, Nartsis daha sonra “Obama sizin olmasa da, bir ölkənin prezidenti idi. Hörmət göstərilməlidir. Bu şırınga üçün axmaq bir yoldur”, – deyə o vurğulayıb.

Bundan əlavə, müğənni Keosayanı təhqir etdiyi üçün üzr istəməcəyini söyləyib. “Əgər o belə bir ürəyə sahibdirsə, qoy yumurtasını Kadırova və ya Putinə göstərsin… İnanıram ki, bir həftə sonra onun leşini Moskva ətrafındakı zibilliklərdən taparlar”, – deyə reper fikrini tamamlayıb.

Xatırladaq ki, bu, NTV kanalının irqi ayrı-seçkiliklə bağlı ilk yanlışı deyil. Bundan əvvəl “The Times” qəzeti NTV-ni irqçilikdə günahlandırmış və UEFA-nı Çempionlar Liqasına sponsorluq edən televiziya kanalının sahibi “Gazprom”la müqaviləyə yenidən baxmağa çağırmışdı.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*