“Qarabağ klanı” Paşinyanı devirə biləcəkmi? – ŞƏRHbackend

"Qarabağ klanı" Paşinyanı devirə biləcəkmi? - ŞƏRH

“İyunun 20-nə təyin olunmuş növbədənkənar parlament seçkilərində iştirak etmək haqqında Ermənistan Respublika Partiyasının qərarı açıqlanıb. Bu partiyaya Ermənistanın 3-cü prezindenti Serj Sarkisyan rəhbərlik edir. Bu vaxta qədər Serj Sarkisyan və partiyasının seçkilərə qatılıb qatılmaycağı məlum deyildi. Çünki digər müxalif partiyalar kimi, Respublika Partiyasında da Nikol Paşinyanın idarəsi altında keçirilən seçkilərdə qələbə qazanmağın mümkün olmayacağını düşünürdülər. Onlar da digərləri kimi Paşinyan hakimiyyətdən uzaqlaşdırıldıqdan və ölkədə keçid hakimiyyəti qurulduqdan sonra seçkilərin fayda verəcəyini, yəni onların hakimiyyətə gələ biləcəklərini düşünürdülər. Amma Paşinyan Rusiyanın rejissorluğu ilə həyata keçirdiyi manevrlər nəticəsində seçkinin keçirilməsinə nəzarəti əlinə ala bildi”.

KONKRET.az xəbər verir ki, bu barədə politoloq Əlimusa İbrahimov bildirib.

O qeyd edib ki, Sarkisyan seçkiyə heç də qalib gəlmək üçün getmir və məğlub olacağı ona indidən aydındır:

“Amma ümid sonda ölür- deyirlər. Bəlkə də seçkiqabağı kompaniya zamanı Sarkisyan və onun Partiyasının səs qazanmasına kömək edə biləcək hadisələr baş verdi. Sarkisyanı ümidləndirən digər məsələ isə onun “Vətən” partiyası ilə tandemdə seçkilərə qatılmasıdır. Bu partiyanın sədri, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sədri Artur Vanetsyanın siyasi durumu Serj Sarkisyandan heç də fərqlənmir. O da ümidsizdir və uzun müddət seçkiyə qatılıb-qatılmamaq üzərində seçim edə bilmirdi. Bu iki şəxs birlikdə seçkidə nəyə isə nail olmağa ümid edirlər.

Serj Sarkisyan, Artur Vanetsyan, hətta Robert Koçaryan belə Paşinyanla müqayisədə olduqca cılız vəziyyətdədirlər və onların siyasi karyeraları son aylarını yaşayır. Onları seçkiyə qatılmaları indiki iqtidarın mövqeyini gücləndirməkdən başqa heç bir əhəmiyyət kəsb etməyəcək. Bu xidmətlərinə görə isə onlar Paşinyandan mükafat gözləməyə bilərlər. Əksinə Paşinyan seçkilərdən sonra hakimiyyətini daha da gücləndirəcək və Qarabağ klanı ilə haqq-hesab çəkməyə qaldığı yerdən davam edəcək. Bu klanın erməni millətçiliyinə vurduğu ziyanı uzun müddət unutmaq mümkün deyil və unutmayacaqlar”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*