“Qarabağ” “Sumqayıt”a böyük hesabla qalib gəldibackend

"Qarabağ" "Sumqayıt"a böyük hesabla qalib gəldi

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXII turun daha bir oyunu keçirilib.

KONKRET.az-ın məlumatına görə, çempionatın lideri “Qarabağ” “Sumqayıt”ın qonağı olub. “Kapital Bank Arena”da baş tutan matç “köhlən atlar”ın 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Görüşdə ilk qolu 16-cı dəqiqədə Kadi Borges vurub. İlk hissə bu hesabla başa çatıb. İkinci yarıda da hücumlarını davam etdirən Ağdam klubu 67-ci dəqiqədə Marko Veşoviçin qolu ilə fərqi artırıb. Oyunda son nöqtəni isə Leandro Andrade qoyub. 69-cu dəqiqədə fərqlənən kabo-verdeli yarımmüdafiəçi yekun hesabı müəyyənləşdirib.

Bu qələbədən sonra xallarını 52-yə çatdıran “Qarabağ” zirvədəki yerini möhkəmləndirib və avrokuboklara vəsiqəni təmin edib. 14 xalı olan “Sumqayıt” isə 7-ci pillədə qərarlaşıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*