Qarabağda müharibə gözlənilir və buna ciddi hazırlıq gedir – Deputatbackend

Qarabağda müharibə gözlənilir və buna ciddi hazırlıq gedir - Deputat

“Qarabağda müharibə gözlənilir və buna ciddi hazırlıq gedir. Müharibə qaçılmazdır”.

Bunu KONKRET.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov deyib.

Millət vəkilinin sözlərinə görə, cənab Ali Baş Komandan da dəfələrlə Qarabağ məsələsindən danışarkən müharibənin bitmədiyini dilə gətirib.

“Bildiyiniz kimi işğlaçı Ermənistan Azərbaycan dövlətinin çox zəif olduğu dövrdən istifadə edərək havadarlaırnın köməyi ilə torpaqlarımızı işğal ediblər. Hazırda Birinci Qarabağ müharibəsi kimi adlandırdığımız proses 1994-cü ildə atəşkəs barədə imzalanan sənədlə başa çatdırılması nəzərdə tutulsa da, sənəd kağız üzərində qaldı. Ermənilər imzalanan sənədə məhəl qoymadan işğalçılıq siyasətindən və bəd əməllərindən əl çəkmədilər. Ermənistan davamlı olaraq təxribatçı hərəkətlərə əl atmaqdadır. Ermənistana keçən müddətdə müharibəyə hazırlıq görüb. Son dövrlərdə də həm Ermənistanda, həm də separatçı Dağlıq Qarabağda müharibəyə sürətli hazırlıq işləri getməkdədir”- deputat qeyd edib.

E.Məmmədov əlavə edib ki, şimal qonşumuzun və digər ölkələrin Ermənistana verdiyi silah-surtsat dediklərimizi sübut edir: “Rusiya Ermənistana bu hərbi texnikanı, silah-sursatı pulsuz verir. Bundan əlavə olaraq Ermənistan gizli yolla bir sıra ölkələrdən də silah alır. Digər tərəfdən Ermənistanda könülü muzdlu dəstəsini yaradırlar. Bunlar hamısı könüllü yox, muzdlu qatillərdir. Necə ki, Birinci Qarabağ müharibəsi dövründə bir çox ölkələrdən erməni terror təşkilatının muzdlu qatilləri Xocalıda soyqırım törətdi, torpaqlaırmızın işğalında iştirak etdilər, indi də xarici ölkələrdən gətirilmiş muzdlu qatillər hesabına ordu formalaşdırırlar.

Deyirik ki, Livandan, Suriyadan Ermənistan və işğal altında olan Azərbaycan torpaqlarına ermənilər köçürülür. Köçürmə adı altında erməni terror təşkilatının üzvləri torpaqlarımıza yerləşdirilir. Onların torpaqlarımızda yerləşdirilməsi məqsədlidir. Ermənistanın son dövrlərdə həyata keçirdiyi təxribatlar, verdiyi bəyanatlar, bütün hərəkətləri və fəaliyyəti onu deməyə əsas verir ki, müharibəyə ciddi hazırlaşırlar. Bunu mətbuat da yazır. Ermənilər özləri də etiraf edir. Özünü bir zaman sülh göyərçini kimi qələmə verən Baş nazirin arvadı də gəlib işğal altında olan Azərbaycan torpaqlarında hərbi təlimlərdə silah əlinə alması bunun bariz nümunəsidir. Göstərdi ki, o heç də hərbi canilərdən geri qalmır və onlardan biri olmaq istəyir. Bütün bunlar müharibəyə hazırlığın göstəricisidir”.

Deputat onu da bildirib ki, bu gün Ermənistan tək Azərbaycana qarşı yox, qonşu ölkələrə qarşı da ərazi iddiası ilə çıxış edirlər: “Ərazilərini genişləndirmək üçün onlardan hər şeyi gözləmək olar. Azərbaycan tərəfi də Ermənistanın bu niyyətini yaxşı bildiyindən ciddi tərdbrilərini görür. Nəticədə ermənilərin bu niyyəti də başlarında çatlayacaq”.

Deputat hesab edir ki, artıq Cənubi Qafqazda Ermənistan adlı dövlətin yox olması məsələsinin gündəmə gətirilməsinin vaxtı çatıb: “Ermənistan adlı dövlət yüz il öncə Azərbaycanın tarixi torpaqları hesabına yaradılıb. Onlar Azərbaycanın tarixi torpaqlarında dövlət qurublar və sonra da onun ərazisini genişləndiriblər. Qonşuları ilə sülh, mehriban şəraitində deyil, daimi münaqişə içərisində yaşamaq, ərazi iddiası ilə çıxış etməsi bizə yenidən tarixi torpaqlarımızda erməni dövləti yaradılması məsələsinə baxmağı zəruri edir. Hesab edirəm ki, təkcə son dövrlərdə işğal edilən torpaqlaırmızı yox, eyni zamanda vaxtı ilə tarixi torpaqlarımızı geri qaytarmağın vaxtı yetişib. Cənubi Qafqazda belə bir işğalçı dövlətin varlığına son qoyulmalıdır. Ermənilərin fəaliyyəti bizə belə bir addım atmağı diqtə edir. Ermənilərin atdığı addımlar nə Azərbaycan, nə də Türkiyəyə başqa çıxış yolu qoymur ki, hansısa formada onlara güzəştə gedəsən. Əksinə onların hərəkəti sərt addımların atılmasını və dediklərim fikirlərin həyata keçirilməsini qaçılmaz edir. Bu da gec-tez baş verəcək”. olke.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*