Qarabağdakı 146 ERMƏNİ POSTU və Xocalı yaxınlığında TƏLİMƏ ŞƏRH – FOTObackend

Qarabağdakı 146 ERMƏNİ POSTU və Xocalı yaxınlığında TƏLİMƏ ŞƏRH - FOTO

Daha əvvəl də xəbər verdiyimiz kimi, qondarma rejim iddialılarına “yeni nəfəs” olaraq göndərilən Vardanyan özünü ermənilərə sevdirmək istəyir.

KONKRET.az bildirir ki, son günlər Laçın koridoru ilə bağlı Bakıdan səsləndirilən narazılıqlar da bununla bağlıdır.

Belə ki, Rusiyanın oliqarx təbəqəsi, yəni Putinin yaxın çevrəsinə aid biznesmenlərdən olan Rubenə müxtəlif dəstəklər gəlməkdədir və burada təzad var:

– Ermənistan Laçın dəhlizi ilə qondarma rejimi silahlandırır;

1. Düzü, Paşinyandan olsa idi, Arayik tayfası çoxdan tərksilah olunmuşdu. Yəni Bakının qarşısında Nikola “arsax” kartı bəzən lazım olsa da, İrəvan bu formada Xankəndini ağlının ucundan da keçirmir.

2. Həm də Qarabağ klanı Paşinyan hökumətinə əsas təhlükə mənbəyidir. Nikola qədər Serj və Robertin bu klanın üzvü olaraq Ermənistana rəhbərlik etməsi sözlərimizin təsdiqidir. Paşinyanın maliyyə dəstəyi Qərbdirsə, Qarabağ klanı əlini üzüyuxarı açıb.

3. İrəvan səhər-axşam havadarlarından hərbi yardım dilənir ki, sərhədlərini qoruya bilsin. Onların silah-sursat arsenalının yarısı Bakıdakı Hərbi Qənimətlər Parkındadır. Nikolun qondarma rejimə yollayacaq texnikası yoxdur.

– Rusiya Laçın dəhlizi ilə qondarma rejimi silahlandırır;

1. Bəli, bax, bu, daha inandırıcıdır. Yuxarıda qeyd etdiyimiz kimi, Vardanyan Rusiyanın köpəyi, Putinin akitolarından biridir. Onun Qarabağa “təyinatı”nın hərbi himayəsi də Kremlin işidir.

2. Qarabağ klanına aid Serjin Rusiya üçün tezik, Robertin bobik, Rubenin də rubik ləqəbli quyruqbulayan itlər olduğu bəllidir.

3. Xankəndidəki “referendum” mitinqləri də, qondarma rejimin silahlandırılması da, Vardanyanın təbliğat kampaniyası da Marqarita Simonyanın ağbirçəklik etdiyi Rusiyaya aiddir.

Qarabağdakı 146 post

Noyabrın 25-i internetdə separatçı rejimin xəritəsi yayıldı. Aşağıda fotolarını təqdim etdiyimiz xəritədə sarı rənglə boyanmış nöqtələr separatçıların döyüş postlarıdır.

✓ Həmin postlar Azərbaycanın işğaldan azad olunan ərazilərinə təhdiddir.

Məhz buna görə də Bakı genişmiqyaslı antiterror əməliyyatı keçirə bilər. Sadəcə, acı olsa da bir neçə həqiqət var:

• Həmin ərazi Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasıdır.

• Əməliyyatın keçirilmə arealı Moskva ilə dəqiqləşdirilməlidir.

• Sözügedən döyüş məntəqələrini ermənilər üçün sülhməramlılar qurub.

• Kreml reklamını apardığı Vardanyanın antiterror əməliyyatı ilə gözdən düşməsinə icazə verməz.

✓ Bəlkə də buna görə, Qarabağdakı erməni separatçıları Xocalı yaxınlığında hərbi təlim keçirib.

Lakin Paşinyanın KTMT-ni aşağılaması Rusiyanın ona müxtəlif yollarla qulaqburması verməsinə səbəb olacaq. Azərbaycan da yaranmış fürsətdən istifadə edib Qarabağdakı terrorçuları zərərsizləşdirə bilər.

– Görünür, BMT qətnamələrini özümüz icra etdiyimiz kimi, sülhməramlıların tərksilah etməli olduğu separatçıları da özümüz qovacağıq, iti qovan kimi!

 

Anar Rəhimov,

KONKRET.az

  • Mais
    Noyabr 26, 2022 - 17:31

    Bəsdirin bu alkaş urusdan qorxdunuz…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*