Qazaxıstan özbək tələbələrə belə jest etdi – QƏRARbackend

Qazaxıstan özbək tələbələrə belə jest etdi - QƏRAR

İldırım Musayev, Orta Asiya ölkələri üzrə xüsusi müxbir

KONKRET.az-ın Orta Asiya ölkələri üzrə bürosu xəbər verir ki, Qazaxıstan Humanitar Hüquq Universiteti Özbəkistandan gələn tələbələrin təhsil alması üçün on qrant ayırıb. Qrantlardan orta məktəb məzunları da istifadə edə bilər.

Qeyd edək ki, M.S. Narikbayeva adına Universitet 1994-cü ildən bəri fəaliyyət göstərir. Ölkənin ən yaxşı universitetlərindən sayılan ali təhsil ocağı dörd istiqamətdə təlim verir – Ümumi Təhsil Məktəbi (Ali Humanitar Məktəb), Ali İqtisad Məktəbi, Ali Hüquq Məktəbi və Biznes Məktəbi fəaliyyət göstərir.

Qeyd edək ki, Özbəkistandan gələn tələbələrə verilən qrantlar onları təhsildə və universitetdə pulsuz yerlə təmin edəcək. Bu universitetdə təhsil almaq üçün namizədlər Özbəkistan Nazirlər Kabineti yanında Təhsilin keyfiyyətinə nəzarət üzrə Dövlət Müfəttişliyi tərəfindən müəyyənləşdiriləcək.

Ali Təhsil ocağının İdarə Heyətinin sədri Talqat Narikbayev Baş nazirin müavini Əziz Abduxakimov və Təhsil Naziri Şirzad Şərmətovla görüşlərdə bu barədə ətraflı məlumat verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*