Qazi atası ağır qəzaya düşdübackend

Qazi atası ağır qəzaya düşdü

Ucar-Zərdab yolunda yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az-ın məlumatına görə, qəza zamanı Həsrət Həsənova məxsus VAZ-2106 markalı avtomobil yararsız hala düşüb.

Hadisə nəticəsində sürücü xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Məlumatda həmin şəxsin qazi atası olduğu bildirilir.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupundan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, qeyd edilən yol nəqliyyat hadisəsi bu gün günorta saatlarında baş verib:

“İki nəqliyyat vasitəsinin toqquşması nəticəsində sürücülər – H.Həsənov və F.İsmayılov xəsarət alıblar. Faktla bağlı araşdırma aparılır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*