Qeyri-sabit hava şəraiti Ağdamda da fəsadlar törətdibackend

Qeyri-sabit hava şəraiti Ağdamda da fəsadlar törətdi

Qeyri-sabit hava şəraiti Ağdamda fəsadlar törədib.

KONKRET.az Trend-ə istinadən xəbər verir ki, küləklə başlayan yağış rayonun Həsənxanlı kənd məktəbinin damını uçurub, bir neçə kənddə elektrik naqillərinə zərər vurub.

Rayonun Qaradağlı kəndində isə külək ağacı avtomobilin üstünə aşırıb. Belə ki, Məmmədov Xəqani Rəhbər oğlu özünə məxsus VAZ 2106 markalı avtomobillə hərəkətdə olan zaman ağac avtomobilin üzərinə aşıb. Maşın yararsız vəziyyətə düşüb. Xoşbəxtlikdən hadisə zamanı sürücü xəsarət almayıb.

Qeyd edək ki, hazırda Ağdamın bir çox kəndində elektrik enerjisinin verilməsində fasilələr yaranıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*