Qırmızı Xaç mülki əhaliyə atəş açmamağa çağırdıbackend

Qırmızı Xaç mülki əhaliyə atəş açmamağa çağırdı

Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) Dağlıq Qarabağda vəziyyətin gərginləşməsindən narahat olduğunu bəyan edib.

KONKRET.az xəbər verir ki, BQXK münaqişə tərəflərini dinc sakinlərə atəş açmamağa çağırıb.

“BQXK 27 sentyabr 2020-ci il səhər saatlarında təmas xəttində başlamış münaqişənin gərginləşməsinin humanitar nəticələrindən narahatdır. BQXK beynəlxalq humanitar hüququn əsas normalarına uyğun olaraq tərəfləri mülki infrastrukturun qorunması üçün bütün zəruri tədbirləri görməyə çağırır”, – bəyanatda bildirilib.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin mülki şəxsləri və yaşayış mənqətələrini atəşə tutması nəticəsində dinc sakinlər həlak olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*