Qızıl yataqlarında qazıntı işləri ilə bağlı “AzerGold”-dan – AÇIQLAMAbackend

Qızıl yataqlarında qazıntı işləri ilə bağlı “AzerGold”-dan - AÇIQLAMA

“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti və xarici şirkətlə birgə konsorsiumun təsis edilməsi və işğaldan azad edilən ərazilərdə qazıntı işlərinin aparılmasına dair planların olması haqda xəbərlər yayılıb.

KONKRET.az xəbər verir ki, “AzerGold” QSC sözügedən məsələyə münasibət bildirib.

Bildirilir ki, ölkəmizdə qızılçıxarma sənayesinin yaradılması məqsədilə prezidentin “Azərbaycan Respublikasının bir sıra qızıl yataqlarının kəşfiyyatı və işlənməsi barədə ” 1996-cı il 5 fevral tarixli Sərəncamına uyğun olaraq 1997-ci il avqustun 20-də keçmiş “Azərqızıl” dövlət şirkəti ilə ABŞ-ın “RV Investment Group Sevrvices LLS” arasında Kəlbəcər rayonun Zod (Söyüdlü), Qızılbulaq və Zəngilan rayonunun Vejnəli qızıl yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş imzalanıb.

Güman edilir ki, sözügedən ləğv edilmiş “Azərqızıl” dövlət şirkəti ilə “AzerGold” QSC assosiasiya edilərək səhvə yol verilib. Adları çəkilən yataqların işlənməsi ilə bağlı QSC-yə indiyədək hər hansı bir müraciət daxil olmayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*