Qukasyandan SENSASİON AÇIQLAMALAR: “Ermənistan reallıqla barışmalıdır”backend

Qukasyandan SENSASİON AÇIQLAMALAR: "Ermənistan reallıqla barışmalıdır"

Noyabrın 6-da Erməmistanın “Sosial ədalət naminə” Partiyasının sədri Armen Qukasyan regionda baş verən hadislələrlə bağlı mətbuat konfransı keçirib.

KONKRET.az Rusiyanın populyar “EAD” nəşrinə istinadən xəbər verir ki, mətbuat konfransında partiya sədrinin maraqlı açıqlamaları olub. Armen Qukasyan bildirib ki, “Bu gün bəzi reallıqlarla barışmaq məcburiyyətindəyik. 27 sentyabrdan sonra Cənubi Qafqazdakı vəziyyət əsaslı dəyişikliklərə məruz qaldı. Təəssüf ki, Ermənistanın blokada şəraitində, amma nisbətən sakit  şəkildə mövcud ola biləcəyi vəziyyətə qayıtması bundan sonra mümkün deyil. Türkiyənin güclənməsi ilə  bölgədə keyfiyyətcə yeni bir mərhələ başlayıb, regionda qüvvələr balansı əsaslı şəkildə dəyişir”.

“Rusiyanın Ermənistanın marağı çərçivəsində Qarabağ savaşına müdaxilə imkanı nə dərəcə də realdır?”, – sualına partiya sədri belə cavab verib: “Müharibə Ermənistanın ərazisində getmədikcə Rusiyadan münaqişəyə birbaşa hərbi müdaxiləni gözləmək ağılsızlıqdır. Belə bir müdaxilə Türkiyənin birbaşa hərbi müdaxiləsinə səbəb olardı. Bu da Moskva üçün təkcə böyük bir regional güclə deyil, NATO ilə qarşıdurma deməkdir. Belə bir senaridən qaçmaq Ermənistan da daxil olmaqla bütün oyunçuların mənafeyinə uyğundur, əks halda ölkəmiz xarici güclərin hərbi qarşıdurma zonasına çevrilə bilər “.

“Beynəlxalq güclər Qarabağ məsələsində Ermənistanı haraya qədər müdafiə edə bilər? – sualına isə Qukasyan belə cavab verib: “Təəssüf ki, çoxsaylı erməni diasporları olmasaydı, bir çox gücün Qarabağdakı müharibəyə çətin ki, bir reaksiyası olardı. Böyük dövlətlər ya Qafqazdan çox uzaq olduqlarına görə, ya daha vacib saydıqları problemlərlə məşğul olduqlarına görə, ya da ki, Azərbaycanla münasibətləri korlamamağa görə bizim gözlədiyimizi dəstəyi verməyəcək”.

Partiya sədri Ermənistan hakimiyyətinin xarici siyasətini də kəskin tənqid edib. O bildirib ki, “Hökumətimizin Rusiyaya dost  imicini təcili bərpa etməsi lazımdır. Əvvəllər hökumətdəki bəzi fərdlərin yanlış təklifləri ilə  formalaşmış çoxvektorlu yanaşma ilə bağlı iddialar keçmişdə qalmalıdır. Rusiyanın dəstəyinə yalnız indi deyil, önümüzdəki onilliklərdə də ehtiyacımız var. Çünki Bakıdan və Ankaradan gələn təhdidlər sabah və ya bir-iki ilə heç bir yerə getməyəcək “.

Surxay Atakişiyev,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*