Özbəkistanın onlayn nəşrlərində və sosial şəbəkələrində Daşkənddə nəşr olunan Quranı almaq üçün növbədə dayanan insanların fotoları yayılıb.
KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, uzun növbələri nəzərə alan nəşriyyat müqəddəs kitabın növbəti tirajını çıxarmaq niyyətindədir. Qeyd edək ki, eyni gündə Daşkənddə və ölkənin digər şəhərlərində Quranın alınması üçün uzun növbələr düzülüb.
Qurani-Kərimin mərhum Şeyx Məhəmməd Sadiq Məhəmməd Yusuf tərəfindən təsis edilmiş Xilol Nəşriyyat Evi tərəfindən nəşr olunduğu bildirilir. Kitabın dəyəri 35 min som (təxminən 3,7 ABŞ dolları) təşkil edir.