Rəmiş kimi məşhurlaşan Xalq artisti Rafiq Hüseynovun həyat yoldaşı Gülü musiqiçinin səhhəti haqda danışıb.
KONKRET.az xəbər verir ki, shownews.az-a açıqlama verən Gülü bildirib ki, sosial şəbəkə və saytlarda Rəmişin müalicəsini kimlərinsə üzərinə götürməsi xəbəri həqiqəti əks etdirmir:
“Rəmiş öz pensiyası ilə müalicə olunur. Saytlarda guya kimlərsə onun müalicəsini öz üzərinə götürməsi haqda xəbərlər yayıldı. Bu yalandı”.
Qeyd edək ki, Rəmişdə hepatit C mənşəli xroniki qaraciyər xəstəliyi aşkarlanıb.
Xatırladaq ki, Xalq artistinin bütün müalicə xərclərini nazir Kəmaləddin Heydərovun qardaşı oğlu Sahib Heydərovun öz üzərinə götürməsi ilə bağlı xəbər yayılmışdı.
