Rəsmi Tehrandan Kərbəlada konsulluğunun yandırılmasına REAKSİYAbackend

Rəsmi Tehrandan Kərbəlada konsulluğunun yandırılmasına REAKSİYA

İran Xarici İşlər Nazirliyi İraqın Kərbəla şəhərində yerləşən Baş Konsulluqlarının yandırılması barədə açıqlama yayıb.

KONKRET.az xəbər verir ki, nazirliyin sözçüsü Səid Xətibzadə KİV-ə açıqlamasında Kərbəla Baş Konsulluğuna edilən hücumu qınadıqlarını və İraqın Tehrandakı səfirliyinə etiraz notası verildiyini bildirib.

“Bəziləri İranın Kərbəla Baş Konsulluğuna hücum etdi. Biz əvvəldən İraqın müvafiq rəhbərləri ilə əlaqə qurduq və nümayişçilərə müdaxilə edilməsini istədik. Ümid edirik ki, İraq hökuməti diplomatik nümayəndəlikləri qorumaq vəzifəsini yerinə yetirəcək”, – deyə S. Xətibzadə qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*