backend

Rəsul Quliyev: "Silahlıları öz xoşlarına təslim olmağa həvəsləndirmək lazımdır"

“Şuşanın təcavüzkarlardan azad edilməsini Azərbaycanda ən azı 10, İranda 30, Türkiyədə 70, Mərkəzi Asiya ölkələrində 30, Ukraynada 10 və sair üst-üstə 180 milyona yaxın insan səbirsizliklə gözləyir. Azərbaycan ordusunun bu işi görə bilməyəcəyini istəyənlərin sayı bütövlükdə 4 milyondan artıq ola bilməz”.

KONKRET.az-ın xəbərinə görə, bunu Azərbaycanın ABŞ-da yaşayan sabiq spikeri Rəsul Quliyev deyib.

R.Quliyev bildirib ki, Şuşanın azad edilməsi milyonlarla insanın ömrünü pozitiv enerji hesabına bir neçə il uzadacaq: “Ermənilərə hücum eyni inadkarlıqla üç istiqamətdə aparılmalıdır. Ermənilər Kəlbəcər və Xankəndi istiqamətlərindən çıxarılıb Şuşaya göndərilsə, sadəcə olaraq, Xankəndi və Kəlbəcər tutulmalıdır. Kəlbəcər-Şuşa yolu ilə irəliləməklə ermənilərin ətrafında döyüş həlqəsini daraltmaq lazımdır. Ermənilərdən əsir götürmək və onlarla yaxşı rəftar etməklə bütün silahlıları öz xoşlarına təslim olmağa həvəsləndirmək lazımdır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*