Reznikov təcili xahişlə NATO-ya müraciət edib.
KONKRET.az xəbər verir ki, bu barədə “Spiegel” məlumat yayıb.
Ukraynanın müdafiə naziri Aleksey Reznikovun təcili tələbi ilə NATO öz üzvlərini Ukrayna Silahlı Qüvvələrini qış üçün avadanlıq və geyimlə təmin etməyə çağırıb.
Məlumata görə, Reznikov iyulun sonunda NATO-nun Baş katibi Yens Stoltenberqə məktub yazaraq 200 min Ukrayna əsgəri üçün qış geyimləri və qış çadırlarının təcili çatdırılmasını tələb edib.
O vaxtdan bəri, NATO ölkələri ukraynalıların sərt qışa baxmayaraq rus işğalçıları ilə mübarizə apara bilmələri üçün münasib qiymətə mallar üçün anbarlarında axtarış aparıblar.
ABŞ, Kanada, İsveç və Finlandiya artıq tələbin 50%-ni ödəyəcək təchizat vəd edib.
Əksər ölkələrdə qış ləvazimatlarının ehtiyatları əsasən öz ordularının əsgərləri üçün saxlanılır. Qış geyimlərinin isti və qıt əmtəə olması axtarışı çətinləşdirir.
Xuraman Etibarlı,
KONKRET.az
