Roman Abramoviçin daha bir yaxtası Türkiyə sahillərindəbackend

Roman Abramoviçin daha bir yaxtası Türkiyə sahillərində

Rusiyalı milyarder Roman Abramoviçin ikinci superyaxtası Türkiyə sahillərinə yanaşıb.

KONKRET.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Bildirilir ki, 162,5 metr hündürlüyündə dünyanın ən böyük yaxtalarından biri olan “Eclipse” Yunan adalarını aşdıqdan sonra Türkiyənin cənub-qərbindəki Marmaris kurortuna yanaşıb.

Gəmi Bermud bayrağı altında üzür.

Gəminin iki helikopter meydançası, doqquz göyərtəsi, üzgüçülük hovuzu və raket əleyhinə müdafiə sistemləri olduğu bildirilir.

Bundan əvvəl milyarderin “Solaris” adlı digər bir yaxtası Bodrum limanına gəlib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*