Röyanın təxirə düşən konserti bu tarixdə baş tutacaqbackend

Röyanın təxirə düşən konserti bu tarixdə baş tutacaq

Xalq artisti Röya Ayxanın iki il əvvəl təxirə düşən “Nazlı” adlı solo konserti sentyabrda baş tutacaq.

KONKRET.az Teleqraf.com-a istinadla xəbər verir ki, bu barədə müğənni özü məlumat yayıb.

O bildirib ki, bu ilin sentyabrında 4 günlük konsert proqramı ilə çıxış edəcək.

Qeyd edək ki, konsertin 2020-ci ilin 6, 7, 8 və 9 mart tarixlərində keçirilməsi planlaşdırılırdı. Lakin həmin dövrdə koronavirusun qarşısının alınması məqsədilə görülən profilaktik tədbirlərə və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yaydığı tövsiyəyə uyğun olaraq konsert təxirə salınıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*