“Azərbaycandan Avropaya qaz tədarükünün başlaması təkcə “Cənub Qaz Dəhlizi”nin reallaşdırılmasında iştirak edən ölkələrin birgə səylərinin zirvəsi deyil, həm də Avropa enerji bazarı üçün qaz mənbələri və marşrutlarının şaxələndirilməsi baxımından fövqəladə vacib dönüş nöqtəsidir”.
KONKRET.az xəbər verir ki, bunu Rumıniyanın energetika naziri Vircil-Daniel Popesku bildirib.
