KONKRET.AZ xəbər verir ki, rur alimlər yerli əhalinin rifah səviyyəsini təyin edən yeni indeks forması tapıb. Bir qədər gülüş doğursa da, bu indeks forması rusların həyat tərzinin əsas hissəsindən götürülüb. Məlum olduğu kimi, Rusiyada spirtli içkilərə meylilik həddindən artıq çoxdur. Və üstəgəl qanunsuz içki istehsalı da bu ölkədə adi hal kimi xarakterizə olunur. Bu baxımdan “samaqon” tipli içki istehsalında Rusiyanın Ulyanovsk, Saransk, Həştərxan, Lipetsk və Novorossiysk sakinləri liderlik edir.
Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universitetinin mütəxəssisləri bildiriblər ki, evdə hazırlanan spirt istehsalı və istehlakı iqtisadi sahədə vəziyyətin göstəricisidir.
Elm adamları tərəfindən aparılan araşdırmaya görə, ölkədə “samoqon” istehsalı azalır. Maliyyə Universitetinin Sosial və İqtisadi Tədqiqatlar İnstitutunun direktoru Aleksey Zubets deyir ki, ölkədə iqtisadi vəziyyətin pisləşəcəyi təqdirdə insanlar bahalı qanuni alkoqoldan imtina edir və qara bazarda satılan ucuz məhsullara keçməyə başlayır: “Müvafiq olaraq, evdə hazırlanan və ya qanunsuz alkoqol istehlakının artması vətəndaşların real gəlirlərinin azalması deməkdir. Və ya əksinə evdə hazırlanan və qeyri-qanuni spirtli içkilərin istehsalında və istehlakında azalma isə o deməkdir ki, istehlakçılar daha yaxşı spirtli məhsullar əldə etmək istəyirlər. Belə olan təqdirdə deməli, rusların ödəmə qabiliyyəti artır.
Mütəxəssislərin keçirdiyi sorğu göstərir ki, əhalisi 250 mindən çox olan şəhərlərin yalnız 4,5 faizi evdə şərab hazırlamaq haqqında bilirlər. Rəyi soruşulanların 1 faizi qanunsuz içkilərin satılması barədə eşidib. Ekspert yaxın gələcəkdə rusların real gəlirlərinin artacağına dair fikirlərini bildirib.
KONKRET.AZ
