Ruslar arasında Rusiya Prezidenti Vladimir Putin rejiminə qarşı döyüşmək üçün Ukrayna tərəfinə keçənlərin sayı artır.
KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.
“Getdikcə daha çox Rusiya hərbçisi nəinki Ukraynaya qarşı müharibədə iştirak etməkdən imtina edir, həm də Putinin cinayətkar rejiminə qarşı mübarizədə iştirak etmək üçün əllərində silahla Ukrayna tərəfinə keçir”, – deyə məlumatda bildirilir.
Pentaqonun son hesablamalarına görə, Rusiya ordusunun döyüş qabiliyyəti 90%-dən aşağı düşüb. Düşmən ərzaq və yanacaq təminatında problemlərlə üzləşib.
Genişmiqyaslı işğal başlayandan bəri rus ordusu nə Kiyevi, nə də digər iri şəhərləri, müvəqqəti olaraq ələ keçirmiş bəzi yaşayış məntəqələrini ukraynalıların geniş miqyaslı müqaviməti nəticəsində işğalçılar hələ də tam nəzarətə götürə bilmirlər.
Bütün bu problemlər rus ordusunun mənəviyyatında özünü göstərir.
Kreml işğaldan əvvəl Ukrayna ətrafında 150.000-dən çox əsgər, eləcə də təyyarə, artilleriya, tank və digər atəş gücünə malik idi.
Ukrayna Silahlı Qüvvələri bir ay ərzində artıq 15 mindən çox rus əsgərini məhv edib.
Xuraman Etibarlı,
KONKRET.az
