Rus politoloq: “NATO Rusiyanın təsir dairəsini məhdudlaşdırır, bu, savaşa təhrikdir”backend

Rus politoloq: "NATO Rusiyanın təsir dairəsini məhdudlaşdırır, bu, savaşa təhrikdir"

“NATO Rusiyanı Qara dəniz regionunda təcavüzkar hərəkətlərə təhrik etməyə çalışır”.

KONKRET.az xəbər verir ki, bunu rusiyalı politoloq Konstantin Bloxin deyib.

Bloxin bildirib ki, əgər bir vaxtlar Qara dəniz akvatoriyası ənənəvi olaraq Rusiyanın təsir dairəsi sayılırdısa, indi NATO onu öz nəzarəti altına almağa çalışır:

“NATO Qara dəniz akvatoriyasına öz şəxsi maraqları zonası kimi baxır. Onlar indi nümayişkaranə şəkildə bəyan edirlər ki, əvvəllər Rusiyanın təsir dairəsində olan Qara dəniz indi NATO-nun nəzarətində olacaq”.

Qeyd edək ki, bir müddət öncə NATO Baş katibi Yens Stoltenberq çıxışı zamanı Qara dənizin Alyans və üzvləri üçün strateji cəhətdən vacib olduğunu demişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*