Rus səfirindən “İskəndər” açıqlaması: Vərdiş etmişikbackend

Rus səfirindən “İskəndər” açıqlaması: Vərdiş etmişik

Rusiya ayrı-ayrı ölkələrdə bəzi siyasi xadimlərin fərqli ittihamlarla çıxış etməsinə vərdiş edib.

KONKRET.az xəbər verir ki, bunu Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin İkinci Qarabağ savaşında “İskəndər”lərin tətbiqi ilə bağlı məsələyə münasibət bildirərkən deyib.

“Bilirsiniz ki, fikirlər müxtəlif ola bilər. Rusiya ayrı-ayrı ölkələrdə bəzi siyasi xadimlərin fərqli ittihamlarla çıxış etməsinə vərdiş edib. Məncə, dəqiq rəsmi mövqeyə istiqamətlənmək lazımdır”, – deyə o bildirib.

Qeyd edək ki, ANAMA bundan öncə Şuşada Ermənistanın hərbi arsenalında rəsmi şəkildə olmayan Rusiyanın İskəndər-M raketlərinin qalıqlarını tapıb. Bu, İskəndər-M-lərin Ermənistana hansı yollarla gedib çıxması barədə sualların meydana gəlməsinə səbəb olub.

Bununla belə Kreml faktı inkar etməyə çalışır. Moskva “İskəndər”lərin İkinci Qarabağ müharibəsində tətbiq olunmadığını bildirir.

Ermənistan rəsmiləri isə əvvəlcə “İskəndər”in tətbiqi barədə qəti açıqlamalar versələr də, hazırda bu suallardan yayınırlar./axar.az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*