Rus jurnalistin Qarabağla bağlı sualından əsəbləşən Şevçenko: “Sualınızı başa düşmürəm, ağrılı izləmək nə deməkdir?”backend

Rus jurnalistin Qarabağla bağlı sualından əsəbləşən Şevçenko: "Sualınızı başa düşmürəm, ağrılı izləmək nə deməkdir?"

M.Kurnikov: Qarabağ ərazisinin Azərbaycan hakimiyyətinin nəzarəti altına necə keçdiyini izləyirsiniz. Sizcə, bu proses necə gedir, buna baxmaq sizin üçün nə qədər ağrılıdır və ya əksinə?

Maksim Şevçenko: Sualınızı başa düşmürəm, ağrılı izləmək nə deməkdir?

M.Kurnikov: Orada mədəni dəyərlər məhv edilir. Kilsələrin kökünü kəsən videoları …

M.Şevçenko: (müxbirin sözünü yarımçıq kəsir) Bu mədəni dəyərlər azərbaycanlılar tərəfindən məhv edilmir.

M. Kurnikov: Bəs kim tərəfindən məhv edilir?

M.Şevçenko: Ermənilər meşələri qırırlar, evləri yandırırlar. Azərbaycanlılar heç bir mədəni dəyərləri məhv etmirlər. Cəbrayıla, başqa yerlərə gələn və dağıdılmış, təhqir olunmuş qəbiristanlıqları, donuz otardıqları məscidləri və daha çoxunu görən azərbaycanlılardır.

Müharibə bitib. Bu müharibəni uzatmaq istəyən varsa … Mən bu müharibənin uzadılmasını istəmirəm. Qarabağ ərazisindəki bütün mədəni xristian obyektlərinin Azərbaycan dövləti tərəfindən qorunacağını deyən İlham Əliyevə şəxsən inanıram.

M. Kurnikov: Sənə elə gəlir ki, kilsələrin təhqir olunduğu bu videolar saxta videolardır?

M.Şevçenko: Anlaşılmaz mənbələri olan videolara münasibət bildirə bilmərəm. Sadəcə, azərbaycanlıların kilsələri necə, niyə təhqir edəcəklərini və konkret olaraq harada təhqir etdiklərini anlamıram. Axı ərazilər tam Azərbaycana qaytarılmayıb. Əgər haradasa belə ifratlıqlar varsa, döyüş şəraitində yaranıb… hər şey ola bilər. Çünki insanlar arasında nifrət var idi. Eyni zamanda, barbarların haradan gəldikləri məlum deyil. İnsanlar kəndlərə gəlir, görürlər ki, babalarının və ulu babalarının yatdıqları qəbirlər – qalıqları yerdən çıxarılıb, qəbirlər sındırılıb. Niyə bu videoları xatırlamırsan? İnsanlar gəlir, görür. İnsanlar arasında kifayət qədər güclü bir qəzəb var.

M.Kurnikov: Yəni kilsənin bu rüsvayçılığı bir cavabdır?

M.Şevçenko: Kilsələrin təhqir olunması barədə heç nə bilmirəm. Amma nəyə görəsə siz qabaqcadan deyirsiniz ki, guya azərbaycanlılar kilsələri ləkələyəcəklər.

M. Kurnikov: Belə olmayacaq?

M.Şevçenko: Xeyr.

M.Kurnikov: Ancaq bu baş versə …

M.Şevçenko: Olmayacaq əminəm … amma məscidlərin, müsəlman qəbiristanlıqlarının təhqir olunması …

M. Kurnikov: Bunlar eyni şeydirmi?

M.Şevçenko: Sizcə?

M.Kurnikov: Əlbəttə ki, yox.

M.Şevçenko: Onda mən də həqiqəti deyim. Bu, Ermənistanın quramasıdır. Bu, erməni icması tərəfindən ehtimal edilir. Zəngilan, Füzuli, Cəbrayıl və s. ərazilərdə ermənilər nə etdilər? Polad Bülbüloğlunun Şuşadakı evi, atasının evi və atasının abidəsiylə ermənilər  necə davrandı? SSRİ  xalq artistinin abidəsini niyə təhqir etdilər?

M.Kurnikov: Aydın məsələdir ki, nə Ermənistan, nə də Azərbaycan bunu araşdırmayacaq. Rusiya bu kimi məsələlərə qarışmalıdırmı?

M.Şevçenko: Sizdən fərqli olaraq mən inanıram ki, Azərbaycan kilsələrin təhqir olunması faktını araşdıracaq. Əminəm, çünki İlham Əliyev açıq şəkildə “Qarabağ ərazisindəki xristian abidələrini qoruyacağıq” dedi. Belə bir fakt olarsa, Azərbaycan prokurorluğunun Erməni Kilsəsinin, Xristian Kilsəsinin alçaldılması və ya məhvi ilə bağlı cinayət işi aça biləcəyinə əminəm. Ancaq digər faktlar da araşdırılacaq-Yəni işğal olunmuş ərazidə azərbaycanlıların maddi-mənəvi irsinin təhqir olunması. Buna tam əminəm.

M.Kurnikov: Sizcə Rusiya bu məsələlərin araşdırılmasına müdaxilə etməlidirmi?

M.Şevçenko: Rusiyalı sülhməramlılar orada müvafiq statusa sahibdirlər. Rus sülhməramlıları, bu üçtərəfli razılaşmada təsvir olunan vəzifələrə sahibdirlər. Mənə elə gəlir ki, onlar yalnız bu razılaşmaya uyğun hərəkət edəcəklər.

“Exo Moskva” 20 noyabr.2020

Tərcümə etdi: Surxay Atakişiyev

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*