Rus zabit rus hərbçilərini Ukrayna tərəfində döyüşməyə çağırıb.
KONKRET.az xəbər verir ki, videomüraciət Ukrayna Baş Kəşfiyyat İdarəsinin səhifəsində yer alıb.
Ukrayna Silahlı Qüvvələrinin tərəfindən döyüşən “Rusiya Azadlığı” legionunun bölmələrindən birinin komandiri rus hərbçilərinə əllərində silahla Ukrayna tərəfinə keçməyə çağırış edib.
“Fevralın 24-də mən və mənim rotam diktator Putinin cinayət əmrinə əməl edərək müstəqil Ukrayna ərazisinə daxil olduq. Mən başa düşdüm ki, biz bura açıq-aydın yaxşı niyyətlə gəlməmişik. Bizi burada gül-çiçəklə heç kim gözləmirdi, əksinə, bizi qovub faşist adlandırdılar. Hərbçi yoldaşlar, Putinin cinayət əmrinə əməl edərək, ən böyük səhvi siz edirsiniz. Fevralın 27-də UTX-nin köməyi ilə mən və mənim rotam həqiqətən də xalqı nasistlərdən qorumaq üçün Ukrayna tərəfinə keçdik .Sizin hələ də bu biabırçılığı dayandırmaq imkanınız var”, – deyə Rusiya hərbçisi bildirib.
Ruslara ayrıca “Rusiyanın azadlığı” bölməsi yaratmağa icazə verilib.
“Biz artıq belaruslu və ukraynalı qardaşlarımızla birlikdə tapşırıqları yerinə yetiririk. Qardaşlar, mən sizi ayılmağa çağırıram: sıralarımıza qoşulun, “Rusiya Azadlığı” legionuna qoşulun”, – deyə çağırış edib.
Xuraman Etibarlı,
KONKRET.az
