“Rusiya 10 həmlə qoşunundan 4-nü itirib” – Zelenskinin Ofisibackend

"Rusiya 10 həmlə qoşunundan 4-nü itirib" - Zelenskinin Ofisi

Rusiya Silahlı Qüvvələri Ukraynada 11 tank taboru, 34 zirehli döyüş maşını taboru, 5 reaktiv atəş sistemi diviziyası, 17 artilleriya diviziyası, təxminən 5 təyyarə alayı və 5 helikopter alayı itirib.

KONKRET.az UNIAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç bildirib.

Onun sözlərinə görə, rəqib Ukrayna ərazisində hücum imkanını itirib: “O taktiki gedişlər edir. Ehtiyat qüvvələrini cəmləşdirməsi çətinləşib. Bizim raket qoşunumuz, artilleriya və aviasiyamız onlara dağıdıcı zərbə endirir. Biz Rusiyanın 3 həmlə qoşununu və 1 aviasiya qoşununu məhv etmişik. Rusiya 10 qoşunundan 4-ünü itirib”.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*