Rusiya 2 alman səfiri ölkəsindən qovdubackend

Rusiya 2 alman diplomatı ölkəsindən qovdu

Rusiya Xarici İşlər Nazirliyi 2 Almaniya səfirini qəsdən ölkəsindən deportasiya etdiyini bəyan edib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, alman diplomatlara ölkəni tərk etmələri üçün 7 gün vaxt verilib. Berlində avqust ayında 40 yaşlı Tornike adlı Gürcüstan vətəndaşının başından vurularaq öldürülməsindən sonra 49 yaşlı Rusiya vətəndaşı həbs olunub.

Rusiya səfirliyində çalışan iki nəfərin isə qətlin təşəbbüskarı olduğu iddia edilib.

Rusiyanın bu məsələdə lazımi addımları atmamasına işarə edən Almaniya Federal Prokurorluğu, qatilin etirafını sübut kimi istifadə edərək, onun başqa bir ölkənin gizli agenti olduğuna qərar verib.

İki ölkə arasında münasibətlər Almaniya Xarici işlər Nazirliyinin Gürcüstan vətəndaşının qətli ilə bağlı iki rus diplomatı ölkəsindən çıxarmasından sonra pisləşib. Həmin gündən Almaniya və Rusiya arasında diplomatik böhran davam edir.

Hazırladı: Günel MUSEYİB

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*