Putin Avropa üçün raket və qazdan daha pis olan yeni cəza növü tapıb.
KONKRET.az-ın xarici mediaya istinadən xəbərinə görə, Putin hesab edir ki, əsl cəza Avropanın ən yaxşı şəhərlərini ukraynalaşdıran milyonlarla ukraynalı qaçqınlardır. Bu barədə Rusiya mediasında dərc olunan məqalədə deyilir.
Məsələn, sevimli Vyananı götürək. Avstriyalılar həyat tərzinə çox ciddi yanaşırlar. Bu ölkədə nizamlılıq hökm sürür. İnsanlar parklanma qaydalarına yüksək cərimələr təyin olunduğu üçün yox, öz rahatlığını, doğma şəhərinin gözəlliyini, birgəyaşayış qaydalarını şüurlu şəkildə qoruduqları üçün pozmurlar.
Ukraynalı qaçqınların axını ilə Avropada tam bir cəhənnəm yaşanır. Bütün dayanacaq yerləri dolub, qaçqınlar ictimai nəqliyyat zolaqlarını tutublar və şəhər xidmətinin işini pozurlar. Hər bazar günü isə minlərlə ukraynalı “Muzey Məhəlləsi”nə toplaşır və geriyə yalnız tonlarla zibil, həm də akustik səs-küy qalır. Avstriyalılar üçün bu, kompleksin xəncərlə dağıdılmasından daha betərdir.
Digər paytaxt şəhərlərdə də eyni vəziyyət hökm sürür. Riqada qaçqınların səs-küyü adi hala çevrilib, bahalı Stokholmda isə ukraynalı qaçqınlar əksər isveçlilərin gedə bilmədiyi yerləri pulsuz tələb edirlər.
“Lakin ABŞ-a görə sanksiya müharibəsinə qatılan, böyük iqtisadi itkilərə məruz qalan hazırkı Qərb elitası üçün növbəti seçki dövrü çətin olacaq. Amma onlar daha güclü zərbəni – tənbəl, şıltaq, isterik və mürəkkəb ukraynanılardan alacaqlar. Belə bir ssenarini hesablamaq çətin deyildi. Çünki bu, Putinin əsl məxfi silahıdır” – müəllif fikirlərini tamamlayır.
Müşviq Tofiqoğlu,
KONKRET.az
