Rusiya daha 4 ölkə ilə hava əlaqəsini bərpa edəcəkbackend

Rusiya daha 4 ölkə ilə hava əlaqəsini bərpa edəcək

Rusiyanın Baş naziri Mixail Mişustin dörd ölkə ilə hava nəqliyyatının bərpa edilməsi haqqında sərəncam imzalayıb.

KONKRET.az xəbər verir ki, bu barədə “Report” TASS-a istinadən xəbər verir.

Bildirilir ki, Belarus, Qazaxıstan, Qırğızıstan və Cənubi Koreya ilə hava əlaqələri bərpa ediləcək.

Ölkənin Koronavirusla mübarizə üzrə Operativ Qərargahı sentyabrın 18-də dörd ölkə ilə hava reyslərin yeniləməsi haqqında bildirib. Qeyd edilir ki, sentyabrın 21-dən Belarus, Qazaxıstan və Qırğızıstanla hava əlaqəsi bərpa olunacaq. Cənubi Koreyaya reyslər bir az sonra – sentyabrın 27-də təşkil olunacaq.

Rusiya xarici ölkələrlə hava əlaqəsini martın sonunda dayandırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*