“Rusiya dinc əhaliyə qarşı terror edir” – Qayday Luqanskdakı SON DURUMU AÇIQLADIbackend

"Rusiya dinc əhaliyə qarşı terror edir" - Qayday Luqanskdakı SON DURUMU AÇIQLADI

“Luqansk vilayətində işğalçılar 12 evi dağıdıb, iki nəfəri yaralayıb”.

KONKRET.az “Ukrainskaya Pravda”ya istinadən xəbər verir ki, bunu Luqansk vilayət administrasiyasının rəhbəri Sergey Qayday bildirib.

O qeyd edib ki, ruslar yenidən Severodonetsk, Rubijni, Popasnayanı güclü atəşə tutublar:

“20-yə yaxın qəzalı və ya dağılmış obyekt var. Onlardan 3-ü bina, 9-u yaşayış binası, ərzaq anbarları, yardımçı tikililər, qarajlardır”

Qayday vurğulayıb ki, Rusiya böyük şəhərləri ələ keçirə bilmədiyinə görə dinc əhaliyə qarşı terror yolunu seçib.

Qaydayın dediyinə görə, Popasnaya və Kamışevaxda martın 20-də atışma zamanı ölən olmayıb, iki nəfər yaralanıb. Dağıntılar altından isə 5 nəfər xilas edilib.

 

Vəsilə İbrahim,

KONKRET.az

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*