Rusiya əhalisinin 65,2 faizi ölkə prezidenti Vladimir Putinə etimad göstərir.
KONKRET.az xəbər verir ki, bu, rəy sorğusunun nəticələri əsasında məlum olub.
Rəyi soruşulanların 30,3 faiz prezidentə etimad göstərmədiyini deyib.
Bundan başqa, respondentlər Rusiyada müxtəlif siyasətçilərin fəaliyyətindən razı qalıb-qalmamaları barədə sualı cavablandırıb.
Sorğu zamanı respondentlərin 61,2 faizi V.Putinin fəaliyyətindən razı qaldığını bildirib.