Xersonda rus hərbçilərinin mağazanı qarət etməsini əks etdirən görüntülər yayılıb.
KONKRET.az xəbər verir ki, bu barədə məlumat və videonu Ukrayna Radasının deputatı Vitali Boqdanov paylaşıb.
“Ukraynaya “millətçiləri təmizləmək üçün gələn” “qardaş xalqın” əsgərləri Xersonda bizim mağazaları siqaret, araq və ərzaqdan “təmizləyir”, – o qeyd edib.
O bildirib ki, rus əsgərləri “füsunkar” əməliyyat keçirir – mağazaları tər-təmiz edir.
