“Rusiya xarici media və siyasətçiləri hədəf alacaq güclü dezinformasiya kampaniyası hazırlayır. Məqsəd Ukraynaya silah tədarükünü pozmaq cəhdidir”.
KONKRET.az RBK-Ukrayna-ya istinadən xəbər verir ki, bunu Ukrayna xarici işlər naziri Dmitri Kuleba bildirib.
“Rusiya silah tədarükünün Ukrayna üçün vacib olduğunu bilir və bunun qarşısını almaq üçün bütün səylərini səfərbər edir. Moskva xarici media və siyasətçilərə qarşı kütləvi informasiya kampaniyası hazırlayıb. Onların trol fabriki e-poçtları spam edə və Ukrayna haqqında dezinformasiya ilə şərhləri bombalaya bilər”.
Xatırladaq ki, daha əvvəl ABŞ Ukraynaya daha çox silah verəcəyini, həmçinin Rusiyaya təzyiqləri artıracaqlarını bildiriblər.
Vəsilə İbrahim,
KONKRET.az