Rusiya KİV-i erməni ordusu haqda nə yazdı?..backend

Rusiya KİV-i erməni ordusu haqda nə yazdı?..

Rusiyanın “Moskovskiy komsomolets” nəşri Azərbaycan Ordusunun hərbi taktikası haqqında məqalə dərc edib.

KONKRET.az xəbər verir ki, MK erməni hərbçiləri üçün əsas təhlükənin Türkiyə istehsalı olan pilotsuz uçan aparatlar olduğunu bildirib.

“Onlar avtonəqliyyat, zirehli texnika, artilleriya qurğularını məhv edir və möhkəmləndirilmiş mövqeləri dağıdır. Azərbaycan aviasiyasının əsas hərbi uğurlarından biri – erməni hava hücumundan müdafiə kompleksinin, o cümlədən S-300 komplekslərinin məhv edilməsidir”, — məqalədə qeyd olunur.

Rusiya nəşri vurğulayıb ki, bu, əsasən, erməni hərbi komplekslərinin heyətinin zəifliyi və qeyri-peşəkarlığı səbəbindən baş verir:

“HHM kompleksləri erməni HHM qruplarının hərəkətlərinin və hesablamalarının uyğunsuzluğuna görə məhv edilib”.

Mənbə:axar.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*