Rusiya-NATO toqquşması gec-tez baş verəcək – ŞƏRHbackend

Rusiya-NATO toqquşması gec-tez baş verəcək - ŞƏRH

“Ukrayna məsələsində kulminasiya baş verməyincə, gərginlik azalmayacaq”.

KONKRET.az xəbər verir ki, bu fikirləri politoloq Sabina Mirzəyeva bildirib. Onun sözlərinə görə, belə bir kulminasiyanın olması üçün uyğun şərait yaranmalıdır:

“Məsələn, nüvə müharibəsinin bir addımlığına gətirə biləcək “Karib böhranı”na bənzər nəsə baş verməlidir. Çünki Rusiya baş naziri Medvedyev son açıqlamasında da dedi ki, NATO-nun “etibarnamə”si ilə müharibə aparması gec-tez birbaşa toqquşmaya və nüvə müharibəsinə gətirə bilər.

Ümumiyyətlə, Amerika Vyetnam müharibəsində agır itkilərdən sonra yeni taktika seçib. Bu da “etibarnamə” ilə müharibə aparmaqdır. Məsələn, Suriya müharibəsində ABŞ etibarnaməni İŞİD-ə vermişdi. Bəşər Əsədi devirib ardınca Yaxın Şərqdə mütləq hakimiyyət əldə etmək üçün İŞİD kimi vuruşan əslində NATO ordusu idi. Daha sonra “etibarnamə” Əl-Qaidə və ASO-ya verildi. Hazırda isə ABŞ-ın Suriyada quru qoşunu müəyyən vədlər verilmiş kürdlərdir.

Eyni ilə Ukraynada da müharibə faktiki olaraq Rusiya və ABŞ arasında gedir. Sadəcə həm ərazi Ukrayna seçilib, həm “etibarnamə” ilə vuruşmaq onlara həvalə edilib. Məsələ bu qədər bəsitdir”.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*