Rusiya Pasxa barışığı təklifini rədd etdi: “Pasxa atəşkəsi olmayacaq”backend

Rusiya Pasxa barışığı təklifini rədd etdi: "Pasxa atəşkəsi olmayacaq"

Təxminən iki aya yaxın Mariupol rus qoşunları tərəfindən mühasirəyə alınıb. Rusiya Müdafiə Nazirliyindən bildirilib ki, şəhərin bütün ərazisi hazırda onların nəzarətindədir. Yalnız “Azovstal” zavodu Ukrayna Silahlı Qüvvələrinin iki mindən çox əsgəri tərəfindən müdafiə olunur.

Çeçenistan rəhbərinin hələlik təsdiqini tapmayan bəyanatına görə, Rusiya hərbçiləri “bitişik əraziləri təmizləyərək” müəssisənin inzibati binasını ələ keçiriblər.

KONKRET.az xəbər verir ki, bu arada “Maxar” şirkəti Mariupol yaxınlığındakı Manquş kəndində 300 metrlik xəndəyin peyk şəkillərini dərc edib. Ehtimal olunur ki, bunlar Mariupol hakimiyyətinin haqqında danışdığı kütləvi məzarlıqdır.

Volodimir Zelenski:

“Təəssüf ki, Rusiya Pasxa barışığı təklifini rədd etdi. Bu, bir dövlətin liderinin əslində xristian inancı ilə necə əlaqəli olduğunu çox yaxşı nümayiş etdirir. Amma biz ümidimizi üzmürük və sülhə ümid edirik. İnanırıq ki, həyat ölümə qalib gələcək”.

Ukrayna prezidenti televiziya ilə çıxışında yenidən beynəlxalq ictimaiyyətdən kömək istəyib və vurğulayıb ki, ölkə iqtisadiyyatını xilas etmək üçün ona aylıq 6,5 milyard avro lazımdır.

Kiyev təsdiqləyib ki, Rusiya Silahlı Qüvvələri şərqdə irəliləyir və bir sıra yaşayış məntəqələri onların nəzarətinə keçib. Şimal istiqamətində – Xarkov atəşə tutulmaqda davam edir.

Sevinc Paşayeva,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*