“Rusiya Qarabağın Azərbaycanla inteqrasiyasının əleyhinədir” – Erməni mediasıbackend

"Rusiya Qarabağın Azərbaycanla inteqrasiyasının əleyhinədir" - Erməni mediası

Rusiya Federasiyası Qarabağın Azərbaycanla inteqrasiyasının əleyhinədir.

KONKRET.az erməni mediasına istinadla xəbər verir ki, dünən Nikol Paşinyan Putinlə son söhbətinin əsasən Qarabağda vəziyyətin gərginləşməsi təhlükəsinə həsr olunduğunu açıqlayıb.

Rusiya Federasiyasının Qarabağın Azərbaycanla inteqrasiyasının tərəfdarıdırmı sualına o, belə cavab verib:

“Bu məsələlərdə Rusiyanın mövqeyini səsləndirməyi düzgün hesab etmirəm, xüsusən də Rusiya Federasiyası öz mövqeyini dəfələrlə səsləndirib”.

Qarabağdakı qondarma qurumun “deputat”ı Metakse Akopyan deyib ki, Rusiya inteqrasiyanın əleyhinədir.

“Rusiya inteqrasiyanın əleyhinədir, əks halda Qarabağ məsələsi Rusiyanın təklif etdiyi sülh müqaviləsinin variantında Qərb variantında olduğu kimi olacaq. Rusiya Federasiyası məsələni sonraya saxlamağı təklif edir”, – deyə Akopyan bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*