Martın 21-də Ukrayna və Rusiya nümayəndə heyətləri arasında danışıqların növbəti raundu keçirilib.
KONKRET.az “Ukrainskaya Pravda-ya istinadən” xəbər verir ki, bunu Ukrayna nümayəndə heyətinin üzvü, “Xalqın xidmətçisi” fraksiyasının sədri David Araxamia deyib.
Onun bildirdiyinə görə, danışıqlar bir saat yarım davam edib:
“Görüş artıq olub. Saat 10:30-dan 12-dək rəsmi nümayəndə heyətləri görüşüb. Sonra işçi qruplar görüşü davam etdiriblər. Bu gün biz bütün günü işləyəcəyik”.
Hələlik David Araxamia danışıqların gedişi ilə bağlı əlavə məlumat verməyib.
Vəsilə İbrahim,
KONKRET.az
