Rusiya Ukraynada beynəlxalq qadağanı POZDU: Ağ fosforlu silahdan istifadə etdi – VİDEObackend

Rusiya Ukraynada beynəlxalq qadağanı POZDU: Ağ fosforlu silahdan istifadə etdi - VİDEO

Rusiya hərbçiləri Ukraynanın Kramatorsk şəhərində ağ fosforlu silahdan istifadə ediblər.

KONKRET.az UNİAN-a istinadən bildirir ki, bu barədə Patrul Polis İdarəsinin rəisinin birinci müavini Aleksey Beloşitski məlumat verib.

“Qadağalar və konvensiyalar sivil dünya üçündür. Onlar, guya, azad etmək üçün gəliblər. Onlar ancaq bu yolla azad etməyi bilirlər. Amma siz bu fosfor yanan kimi yanacaqsınız”, – Beloshitski deyib.

Beloşitski qeyd edib ki, qəlpələrin yaratdığı birbaşa yaralardan başqa ağ fosforlu sursat iki əsas yolla zərər verə bilər: yanıqlar və tüstülərin inhalyasiyası:

“Tərkibində ağ fosfor olan silahların, beynəlxalq müqavilələrə (Bəzi Adi Silahlar haqqında Konvensiyaya III Protokol) əsasən, məskunlaşma əraziləri daxilində və ya yaxınlığında yerləşən hərbi hədəflərə qarşı istifadə edilməsi qadağandır”.

Xatırladaq ki, Beloşitski daha əvvəl Rusiya hərbçilərinin Luqansk vilayətinin Popasnaya rayonunda da ağ fosforlu silahdan istifadə etdiyini bildirmişdi.

 

 

Vəsilə İbrahim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*