Rusiya Ukraynaya “İskander-M” raketi atıb.
KONKRET.az xəbər verir ki, bununla bağlı görüntülər “new_militarycolumnist” teleqram kanalında yayılıb.
Görüntünü qeydə alan sakinlər əvvəlcə onun təyyarə olduğunu düşünsələr də, sonradan raket olduğunu anlayıblar.
Qeyd edək ki, “İskander” operativ-taktiki raketlərinin bir neçə modifikasiyası mövcuddur. Lakin onlardan ən müasiri “İskander-M” raketləridir. “İskander-M” raketlərinin ən mühüm özəlliyi ondadır ki, bu raketlər ballistik trayektoriya ilə hərəkət etmir. Start anından etibarən raket trayektoriyasını xaotik şəkildə dəyişir və ziqzaqvari hərəkət edir. Nəticədə ən müasir radar kompleksləri belə bu raketlərin trayektoriyasını dəqiq müəyyən edə bilmir.
Rusiya hərbi sənayesi “İskander-M” raketlərini daha da təkmilləşdirib və onun hədəfi vurma dəqiqliyini artırıb. Hazırda “İskander-M” Rusiyanın ən güclü operativ-taktiki raketləri hesab olunur. Kompleks iki raketlə təchiz olunub, birinci raketin buraxılmasından cəmi bir dəqiqə sonra ikinci raket start götürür. “İskander-M” iki raketin eyni şaxtada quraşdırıldığı yeganə kompleksdir. Raket hədəfə çatana qədər komanda mərkəzindən idarə olunur.
Həmin görüntüləri təqdim edirik:
Vəsilə İbrahim,
KONKRET.az
