Rusiya və İranla münasibətlər yeni ildə ABŞ-ın əsas problemlərindən biri olacaq, ona görə də bu ölkələrin liderləri ilə keçiriləcək danışıqlar Amerika, Avropa və Yaxın Şərqin gələcəyi üçün həlledici olacaq.
KONKRET.az xəbər verir ki, bunu amerikalı keçmiş senator Cozef Liberman deyib.
Siyasətçinin fikrincə, Moskva və Tehran Ağ Evin hazırkı administrasiyasının xarici siyasətinin gücünü sınayırlar:
“Qoşunların Əfqanıstandan alçaldıcı şəkildə çıxarılması ABŞ-ın dünyadakı müttəfiqlərində qeyri-müəyyənlik yaratdı və Rusiya və İranı fürsətçilərə çevirdi. İndi Rusiya Ukraynanı işğala hazırlaşır, İran isə nüvə silahı yaratmaq üçün uranı zənginləşdirməyə davam edir”.
