Rusiya xarici dərmanların yerli analoqunun yaradılmasına hazırlaşır – Yeni platforma qurmaq təklif edildi – ÖZƏLbackend

Rusiya xarici dərmanların yerli analoqunun yaradılmasına hazırlaşır – Yeni platforma qurmaq təklif edildi - ÖZƏL

Sağlamlığın Mühafizəsi Komitəsi sədrinin birinci müavini, “Vahid Rusiya” fraksiyasının üzvü Leonid Oqul Rusiya Səhiyyə Nazirliyinə xarici dərman və tibbi cihazların analoqlarını təqdim edən elektron informasiya platforması yaratmağı təklif edib.

KONKRET.az-ın xarici mediaya istinadən xəbərinə görə, Leonid Oqul şəxsi qəbullar zamanı mütəmadi olaraq xaricdən gətirilən dərman vasitələrinin analoqlarının yaradılması ilə bağlı insanlardan təkliflər aldığını açıqlayıb. Əczaçılıq sənayesində idxalı əvəz edən vahid məlumat platformasının yaradılmasının onlara xarici dərman və tibbi məhsullara alternativ tapmaq imkanı verəcəyini dilə gətirib:

“Bu gün ölkədə dərman təminatı ilə bağlı vəziyyət nəzarətdə saxlanılır. Həştərxanın apteklərində reyd keçirdik. Lazımi dərmanların tədarükü var, aidiyyatı orqanlar qiymətlərin kəskin qalxmamasına diqqət yetirirlər” – rusiyalı deputat qeyd edib.

Leonid Oqul Səhiyyə Nazirliyindən Qərb dərman və tibbi məhsullarının yerli analoqları ilə elektron platformanın yaradılması məsələsinin işlənib hazırlanmasını xahiş edib. O əlavə edib ki, platformanın köməyi ilə həm tibb işçiləri, həm də xəstələr üçün müalicəni dayandırmadan dərmanların effektiv dəyişdirilməsi ilə bağlı qərarlar qəbul etmək asan olacaq.

Müşviq Tofiqoğlu,

KONKRET.az

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*