Rusiyada görünməmiş BAHALAŞMA BAŞLADIbackend

Rusiyada görünməmiş BAHALAŞMA BAŞLADI

2024-cü ilin əvvəlindən Rusiyada meyvə-tərəvəz məhsullarının qiymətləri nəzərəçarpacaq dərəcədə artıb.

KONKRET.az xəbər verir ki, bu barədə “İzvestiya” qəzeti “Rusprodsoyuz”un ekspertlərinin statistik məlumatlarına istinadən məlumat yayıb.

Bu müddət ərzində xüsusilə almanın pərakəndə satış qiymətləri 30 faiz artaraq kiloqramı 159,8 rubl səviyyəsinə çatıb. Analitiklər öz növbəsində çuğundurun dəyərinin 92,3 faiz artdığını deyib. İndi çuğundurun bir kiloqramı 70 rubla, yerkökü isə 62,8 faiz artaraq 70 rubla qədər yüksəlib.

Rosstat digər tərəvəz bitkilərinin qiymətlərində nəzərəçarpacaq artım olduğunu bildirib. Belə ki, ekspertlərin hesablamalarına görə, iyun ayına qədər Rusiyada kartofun qiyməti yanvarın əvvəli ilə müqayisədə 82,4 faiz, kələmin qiyməti isə 35 faiz, soğanın qiyməti isə 32 faiz bahalaşıb.

Bu günə qədər Rusiya bazarında belə dinamika müşahidə edilməyib. Kənd Təsərrüfatı Nazirliyi əmin edib ki, ərzaq bazarında qiymətlərə, o cümlədən meyvə-tərəvəzin maya dəyərinə xüsusi nəzarət edirlər.

Günel Mikayılova,

KONKRET.az

  • Ülviyyə İsgəndərova
    İyul 5, 2024 - 13:32

    Azərbaycan başqa ölkələrdə bahalaşmadan yazır; məsələn; Rusiya və Ermənistanın bazarlarındakı qiymət artımlarından yazır. Öz ölkəsindəki bahalıdır danışıb yazsın. Şəxsən mən Ülviyyə İsgəndərova Əlisgəndər qızı 53 yanındayam. Heç harda işləmirəm. Üstəlik ailəm yox, oğlum qızım yox. Tənhayam. Heç kimdən və heç yerdən gəlir mənbəyim yoxdur. (055 992 55 79) Vəziyyətim ağırdır. İlham Əliyevə dəfələrlə məktub yazmışam. Amma mənə köməklik etmir. İlham Əliyevdən narazıyam!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*