“Ukraynadan və digər ölkələrdən miqrant axını terrorizm və ekstremizm təhlükəsinin səviyyəsini artıra bilər”.
KONKRET.az “TASS”a istinadən xəbər verir ki, bunu Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev kriminal vəziyyətin inkişaf tendensiyalarına həsr olunmuş iclasda deyib:
“Həm Ukrayna, həm də digər qonşu dövlətlərin ərazilərindən ölkəmizə gələn radikal ünsürlərin sayı həqiqətən də arta bilər” – o vurğulayıb.
Medvedyev bildirib ki, hakimiyyət Rusiyaya daxil olanların hamısını diqqətlə yoxlamalıdır. Onun sözlərinə görə, “Luqansk” və “Donetsk”dən gələn qaçqınların müvəqqəti yerləşdirmə mərkəzlərində asayişin qorunması xüsusilə vacibdir.
Qeyd edək ki, Müdafiə Nazirliyi 330 min insanın Ukraynanın Donetsk və Luqans ərazisindən Rusiyaya gəldiyini açıqlayıb
BMT-nin Qaçqınlar üzrə Agentliyinin məlumatına görə, hərbi əməliyyat başlayandan bəri 3,55 milyondan çox insan Ukraynanı tərk edib. Onlardan 2,1 milyona yaxını Polşa tərəfindən qəbul edilib, daha 543 mini Rumıniyaya, 367 mini Moldovaya, 317 mini Macarıstana gedib. 253 min ukraynalı Slovakiyaya, 252 min ukraynalı isə Rusiyaya daxil olub. Daha 4 min nəfər Belarusiyada məskunlaşıb.
Müşviq Tofiqoğlu,
KONKRET.az
