“Rusiyanın Dağlıq Qarabağda yeni qurumlar yaratması başadüşülən deyil” – Arıf Hacılıbackend

"Rusiyanın Dağlıq Qarabağda yeni qurumlar yaratması başadüşülən deyil" - Arıf Hacılı

“Hərbi-siyasi şəraitdə ermənilərin növbəti təxribatlara əl atması və Kəlbəcəri boşaltmaqdan imtina etməsini mümkünsüz hesab edirəm”.

Bunu KONKRET.az-a açıqlamasında Müsavat Partiyasının başqanı Arif Hacılı bildirib.

O, qeyd edib ki, razılaşdırılmış üçtərəfli qrafikə əməl edilməməsi döyüş əməliyyatlarının bərpa olunması deməkdir: “İndiki şəraitdə isə bu, Ermənistan üçün fəlakətlərlə nəticələnə bilər. Çünki Ermənistan ordusu tamamilə darmadağın edilib, cəmiyyəti parçalanıb. Dövlətin özündə hazırda ciddi böhran və nizamsızlıq yaranıb. Ona görə də düşünürəm ki, Ermənistan noyabrın 25-də Kəlbəcərdən, dekabrın 1-də də Laçından öz silahlı qüvvələrini çəkməyə məcbur olacaq. Çünki onun başqa çıxış yolu yoxdur”.

Partiya başqanı vurğulayıb ki, Azərbaycan öz ərazisində yaşayan bütün xalqların təhlükəsizliyini təmin vermək gücündə olan dövlətdir: “Eyni zamanda Azərbaycan dövləti kifayət qədər inkişaf etmiş, bir çox xalqların dinc yaşadığı multikultural və multietnik dövlətdir. Əslində sülhməramlıların iştirakı olmadan dövlətimiz özü də Qarabağda, Xankəndidə və digər ərazilərdə yaşayan erməni millətindən olan Azərbaycan vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi, müharibə dövründə dağıdılmış ərazilərin yenidən bərpası, tarixi irsin qorunması və digər məsələlərin həllində böyük gücə malikdir.

Ancaq bilirsiniz ki, orada sülhməramlılar adı altında Rusiyanın hərbi birləşmələri yerləşdirilib. Hətta razılaşmaya aidiyyəti olmayan qurumlar, yəni Sərhəd Qoşunları, Fövqəladə Hallar Nazirliyinin şəxsi heyəti və Xarici İşlər Nazirliyinin nümayəndəliyi yaradılıb ki, bu da Azərbaycanın suverenliyinin həmin ərazidə tətbiq edilməsinə maneə ola bilər. Bu baxımından Türkiyə Silahlı Qüvvələrinin Qarabağda olması Azərbaycan-Ermənistan sərhədində sonrakı mərhələlərdə ermənilərin yenidən təxribat törətmələrinin qarşısının alınması üçün zərururidir”.

Nərgiz Mirzəyeva,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*