Rusiyanın GİZLİ PLANI: Bu şəhəri asanlıqla məhv edə bilərbackend

Rusiyanın GİZLİ PLANI: Bu şəhəri asanlıqla məhv edə bilər

Rusiyanın ABŞ sahillərində sunami yarada biləcək “Poseydon” adlı nüvə torpedasını Şimal qütbündə sınaqdan keçirməyə başladığı iddia edilib.

KONKRET.az xəbər verir ki, Pentaqonun Rusiyanın Arktika bölgəsindəki gizli hərbi fəaliyyətlərinə dair aşkarladığı faktlar Amerikanın CNN televiziyası tərəfindən gündəmə gətirilib.

Məlumatda Rusiyanın Arktika bölgəsində yeni yeraltı hərbi obyektlər yaratmağa başladığı vurğulanıb. Sahilə yaxın buzlaqlar arasında tikilən bu obyektlərin “Poseydon” layihəsi üçün hazırlandığı iddia edilib.

Rəsmi adı “2M39” olan “Poseydon” dünyanın ən böyük torpedası sayılır.

NATO tərəfindən “Kanyon” adlandırılan bu torpeda 10 tonluq nüvə başlığı daşıya bilər. Rusiyanın Şimal qütbü bölgəsindən atacağı bu torpedanın asanlıqla ABŞ sahillərinə çata biləcəyi düşünülür. Nüvə partlayışı nəticəsində meydana gələn sunami dalğasının Nyu-York kimi böyük bir şəhəri asanlıqla basa biləcəyi deyilir.

Uzunluğu 20 metr, eni 1.8 metr və çəkisi 100 ton olan pilotsuz sualtı nəqliyyat vasitəsinin saatda 200 km sürətlə hərəkət etdiyi təxmin edilir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*