Rusiyanın məşhur aktyoru vəfat etdibackend

Rusiyanın məşhur aktyoru vəfat etdi

Rusiyanın məşhur aktyoru Valeri Qarkalın koronavirusdan vəfat edib.

KONKRET.az  xəbər verir ki, sənətçi oktyabrın əvvəlindən xəstəxanada müalicə alırmış.

Bildirilib ki, vəziyyəti sürətlə pisləşən aktyor noyabrın 7-də süni tənəffüs aparatına qoşulubmuş. Ancaq həkimlərin səylərinə baxmayaraq, sənətçi 67 yaşında xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, V.Qarkalin 1954-cü il aprelin 11-də Moskvada anadan olub. O, ümumilikdə 70-dən çox film və serialda çəkilib. 1995-ci ildə çəkildiyi “Şirli-Mırli” komediya filmində yaratdığı obrazla yadda qalıb. V.Qarkalin həmçinin “Baş müfəttiş”, “Fırıldağın əhliləşdirilməsi”, “Üç qəpiklik opera” və başqa tamaşalarda rollar ifa edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*